Qida israfının qarşısının alınması ilə bağlı təşviqat işlərinin görülməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Proqrama əsasən, ilkin nəticə kimi qida israfının qarşısının alınması üçün aidiyyəti orqanlarla (qurumlarla) birlikdə Tədbirlər Planının hazırlanması, aralıq nəticə kimi qida israfının qarşısının alınmasına dair broşürlər, plakatlar, videomateriallar və sosial media məzmunlarının hazırlanması, yekunda isə ictimaiyyətin qida israfı ilə bağlı məlumatlılıq səviyyəsinin artması hədəflənir.
Sözügedən tədbirlərin əsas icraçısı kimi Qida Təhlükəsizliyi Agentliyi, digər icraçılar kimi isə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri müəyyən edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:05 / 10.09.2026
Qida israfının qarşısının alınması üçün hansı tədbirlər görüləcək? – DÖVLƏT PROQRAMI
Hazırda oxunan: Qida israfının qarşısının alınması üçün hansı tədbirlər görüləcək? – DÖVLƏT PROQRAMI
Hazırda oxunan: Qida israfının qarşısının alınması üçün hansı tədbirlər görüləcək? – DÖVLƏT PROQRAMI
635883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































