"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"

"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"

Hazırda oxunan: "Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"

635934

Aparıcı Elgiz Əkbər mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, aparıcı sənətçinin ölümündən iki gün əvvəl onunla görüşüb söhbət etdiyini bildirib. Elgiz Əkbər C.Məmmədovun həmin vaxt rənginin qaraldığını deyib.

"Cavanşir Məmmədovun ürəyi partladı, öldü. Onun nə yaşı var idi ki... Öləsi adam deyildi. Ölməzdən iki gün əvvəl oturub danışdıq. Rəngi qapqara olmuşdu. Məlum hadisələrdən sonra ürəyi partladı" deyə, aparıcı bildirib.
 

Qeyd edək ki, C.Məmmədov 2024-cü ilin aprelində qəfil ürəktutmasından dünyasını dəyişib. C.Məmmədovla aparıcı Lalə Azərtaş arasındakı qalmaqal yaşanmışdı. Buna səbəb aparıcının ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa C.Məmmədovun ona şər atıldığını deyərək, yardım istəyib.


Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO