Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

Hazırda oxunan: Qolsuz körpəsindən imtina edib, pişik balasını özü ilə apardı – Həmin "ana" ilə bağlı SENSASİON DETALLAR

635866

Xəbər verdiyimiz kimi, anasının imtina etdiyi, qolsuz doğulan körpə bu gün Səhiyyə Nazirliyinin Körpələr Evinə yerləşdirilib.

Bizim.Media üç ay əvvəl Sabunçu Tibb Mərkəzində doğulan körpə ilə bağlı bəzi məlumatlar əldə edib.

Həmin körpənin anası ilə eyni palatada qalmış qadının bildirdiyinə görə ana körpənin qolsuz olduğunu doğuşdan sonra öyrənib. Bundan sonra isə uşaqdan imtina edib:

“Nur parçası kimi uşaq idi. Uşağın adını Həsən qoymuşdular. Çox gözəl uşaq idi və elə baxırdı ki, sanki sevgi istəyirdi”, - deyə qadın bildirib.
 

Əldə etdiyimiz başqa bir məlumata görə isə, körpənin anasının da ciddi sağlamlıq problemləri var. Onun uşağı nikahdan kənar dünyaya gətirdiyi məlum olub. Qadın hamiləlik boyu həkim müayinəsindən keçmədiyi üçün uşağın qüsurlu doğulacağından xəbərsiz olub.


Üç gün sonra körpəsindən imtina edən və xəstəxanadan çıxan qadını görən şahidlərdən biri isə onun həyətdə gördüyü pişik balasını “yazıqdır” deyərək götürüb apardığını bildirib.

Qeyd edək ki, sözügedən oğlan uşağı 27.06.2026-cı il tarixində Sabunçu Tibb Mərkəzində dünyaya gəlib. Ana doğuşdan üç gün sonra övladından imtina edərək tibb müəssisəsini tərk edib. Körpə bu gün Sosial Xidmətlər Agentliyi tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO