"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminovun əyləncə mərkəzlərindən birində səhnədə içki qəbul etməsi müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə repçinin uşaqların qarşısında çıxışı zamanı səhnədə spirtli içki içdiyi əks olunub.
Həmçinin onun çıxışını içkili vəziyyətdə davam etdirdiyi bildirilib. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.
Oxu.az-a açıqlamasında Qurd burada qeyri-adi nəsə olmadığını bildirib.
"Bəli, içmişəm. Restoranda məgər içki içmirlər? Birincisi, mən içki içəndə üzüm izləyicilərə tərəf deyildi, pərdəyə tərəf idi. İkincisi də səhnədə içki içmək qadağandır ki?! Əyləncə mərkəzidir, mən də içmişəm. Burada qeyri-adi nə var ki?" - deyə Qurd bildirib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:17 / 10.09.2026
Reper "Qurd" uşaqların qarşısında spirtli içki içə-içə çıxış etdi - VİDEO
Hazırda oxunan: Reper "Qurd" uşaqların qarşısında spirtli içki içə-içə çıxış etdi - VİDEO
Hazırda oxunan: Reper "Qurd" uşaqların qarşısında spirtli içki içə-içə çıxış etdi - VİDEO
635910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































