Azərbaycanda iş adamının ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda iş adamının ölkədən çıxışına qadağa qoyuldu

Hazırda oxunan: Azərbaycanda iş adamının ölkədən çıxışına qadağa qoyuldu

635909

Məşhur iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media xəbər verir ki, ki, “Saxur” MMC-nin dövlət büdcəsi, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 9324 manat vergi borcu yaranıb.

Lakin borcların ödənilməsi ilə bağlı dəfələrlə şirkətə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib.
 

Son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətin borcları tam ödənilənədək MMC-nin rəhbəri olan Zaqatala rayon sakini 36 yaşlı Elnar Mehdiyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.


Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, “Saxur” MMC-nin borcları tam ödənilənədək Elnar Mehdiyevin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO