Azərbaycan balı Avropa İttifaqı ölkələrinə ixrac oluna bilər

Azərbaycan balı Avropa İttifaqı ölkələrinə ixrac oluna bilər

Hazırda oxunan: Azərbaycan balı Avropa İttifaqı ölkələrinə ixrac oluna bilər
635927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Arıçılıq məhsullarının (o cümlədən balın) xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixracı üçün müvafiq icazənin alınması ilə bağlı iş aparılacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
 

Qeyd edilib ki, 2027−2032-ci illər ərzində beynəlxalq təcrübə əsasında arıçılıq məhsullarına (o cümlədən bala) dair sanitariya norma və qaydaları hazırlanacaq. Azərbaycan Respublikasında istehsal olunan arıçılıq məhsullarının (o cümlədən balın) xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixrac edilə bilməsi üçün müvafiq icazə alınacaq.


Prosesin əsas icraçı qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Digər içraçı qurumlar isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Xarici İşlər Nazirliyidir. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO