Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar

Hazırda oxunan: Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar

635841

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmanla müəyyən edilib:

1.1. dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunur;

1.2. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülür;

1.3. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

1.3.1. vəzifə maaşına əlavələr - təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinədək;

1.3.2. mükafat və digər ödənişlər - təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

Bu fərmanın 1.1-ci və 1.3-cü bəndləri 2026-cı il sentyabrın 1-dən tətbiq edilir, 1.2-ci bəndi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO