Türkiyə lideri: “Seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır” – VİDEO 

Türkiyə lideri: “Seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır” – VİDEO 

Hazırda oxunan: Türkiyə lideri: “Seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır” – VİDEO 

178917

Əziz qardaşım, İlham Əliyevi bir daha Prezident seçilməsi münasibəti ilə təbrik edir, onun ilk rəsmi ziyarətini Türkiyəyə etməsindən sevinc hissi duyuram.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, 7 fevralda baş tutan seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır.

Ərdoğan, həmçinin əlavə edib ki, seçki dönəmində Azərbaycana qarşı yanlış münasibət də sərgilənib: 

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsinə dair qərara qarşı reaksiyamızı bildirdik. Bu məclisin qarşıdurma deyil, parlamentar demokratiyanı gücləndirəcək bir dialoq platforması olması lazım olduğunu vurğulamağa davam edəcəyik. Bu qərarın ləğvinə qədər Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO