Maya Sandu Azərbaycan Prezidentini TƏBRİK EDİB

Maya Sandu Azərbaycan Prezidentini TƏBRİK EDİB

Hazırda oxunan: Maya Sandu Azərbaycan Prezidentini TƏBRİK EDİB
170416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Ehtiyac duyduğumuz vaxtlarda Azərbaycanın və şəxsən Sizin ölkəmizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. 

Mən bunu ölkələrimizin dostluğunun əyani təsdiqi kimi dəyərləndirirəm. Əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə inanıram. Sizə uğurlar və ölkənizə davamlı inkişaf, firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO