Rusiyanın sabiq xarici siyasət idarəsinin rəhbəri Yevgeni Primakovun xa0“Vstreçi na perekryostkax”x9d xa0kitabı-1988-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin Milli Azadlıq Hərəkaıt və Azərbaycandakı ictimai-siyasi hadisələrlə həsr olunmuş kitabı çapdan çıxıb. Kitabda Y.Primakov o dövrdə baş verən hadisələri qələmə alıb.
Kitabın Azərbaycan oxucularına maraqlı olduğunu nəzərə xa0alaraq, onun müəyyən ixtisarlarla təqdim edirik.
“”¦1989-cu ilin yayında Dağlı Qarabağda vəziyyətin kəskin dəyişməsi xa0Azərbaycandakı durumu xa0mürəkkbələşdirdi və nəticədə iyulun 16-da xa0AXC-nin təsis konfransı keçirildi. AXC rəhbərliyi xalqın hakimiyyətdən narazılığından xa0uğurla istifadə edərək, onu öz ətrafında toplaya bildi. 1990-cı ilin Yanvarında vəziyyət daha da gərginləşdi və ölkədə yaşayan ermənilərin kütləvi çıxarılmasına başlnadı.
“1990-cı ildə Mixail Qorbaçov xa0Litvadan Moskvaya geri dönən kimi Kryuçkov hava limanında xa0Bakıdakı vəziyyəti ona məruzə etdim. Qorbaçov isə bildirdi ki, Bakıya Nazirlər Kabinetinin sədrinin müavinin göndərmək lazımdır. xa0Sonra nəsə fikirləşərək xa0dedi ki, yox, təkcə Nazirlər Kabinetinin sədrinin müavini Doqujiyevlə yanaşı, xa0Primakov və xa0Mərkəzi komitəinin katibi Girenko da getsin.
Biz yanvarın 15-də, bazar günü xa0səhər tezdən Bakıya uçduq, əslində isə bir gündən sonra Moskvaya qayıdıb Siyasi Büroya vəziyyəti xa0məruzə etməli idik. Biz Girenko ilə Bakıda iki həftə olduq və oradakı ermənilərin evakuasiyası ilə məşğul olduq. Bununla yanaşı, AXC rəhbərliyi ilə danışıqlar apardıq”x9d.
Primakovun xa0yazdığına görə, xa0Qorbaçov onlara AXC rəhbərliyi ilə məsələləri sülh yolu ilə həll etməyi tövsiyə edib:
“Biz bu göstərişə uyğun olaraq AXC rəhbərliyiilə- Əbülfəz Əliyevlə (Elçibəy), Etibar Məmmədov, İsa Qəmbər, Nemət Pənahovla görüşdük. xa0Danışıqlarda onların hərbi hissələri blokada etməsindən çəkinməyə və güc yolundan imtina etməyə çağırdıq.
“Etibar Məmmədov yanıma xa0gələrək mənə balkondan çıxış etməyi təklif etdi- ola bilsin ki, o, kütlənin ehtirasından və ya mənə hücum edəcəyindən ehtiyatlanaraq belə bir təklif etdi”¦”x9d
O zaman ehtiraslar getidkcə artırdı. Hər gün Mərkəzi Komitənin binası qarşısında və Bakının mərkəzi meydanlarında xa0mitinqlər keçirilirdi.
Mərkəzi Komitənin qarşısında xa0bir qrup həkim, qadın dəstəsi yaxınlaşaraq mitinqdə çıxış etməyi xahiş etdilər. Sonda məni mitiqndə çıxış etməyə razı saldılar. İndiyə kimi yadımdadır, Etibar Məmmədov yanıma xa0gələrək mənə balkondan çıxış etməyi təklif etdi. Ola bilsin ki, o, kütlənin ehtirasından və ya mənə hücum edəcəyindən ehtiyatlanaraq belə bir təklif etdi. Mən isə ona cavabında bildirdim ki, hamı hansı tribundan çıxış edirsə, mən də həmən tribundan çıxış edəcəm.
Heş zaman xa0yaddan çıxara bilmərəm, bir azərbaycanlı gənc dəbilqədə qarşımda durdu. Mənim ətrafımdakı mühafizəçilərim də orada idi. Bir şəqrçünas kimi çıxışıma Qurani- Kərim ayələrindən oxumaqla başladım. Hamı diqqətlə qulaq asırdı. Çıxışımda bildirdim ki, hərbi hissələrin və hava limanlarının blokadası aradan qaldırılacağı təqdirdə, əhaliyə qarşı hakimiyyət tərəfindən hər hansı xa0güc tətbiq edilməyəcək.
Bu zaman Rəhim Qaziyev mitinq iştirakçılarına hündürdən “Qarşınızda mafiya təmsilçisi çıxış edir!”x9d- deyə, səsləndi. Bundan sonra mən heç bir ppbolem olmadan xa0binaya daxil oldum. Çox xoş, mehriban azərbaycanlı xanımlar məni əhatəyə aldı və biz onları sakitləşdirməyə çalışırdıq.
Həmin vaxt AXC-nin hərbləşdirilmiş dəsətləri Bakıda xa0“fövqəladə vəziyyət”x9d elan etmişdilər. Paytaxtın giriş və çıxış yollarında partul dəstəsi qoyaraq, bütün maşınları yoxlayırdılar. Bu patrul xa0dəstələri ilə əlaqə “taksimotor”x9d parkındakı radiorabitə vasitəsiylə xa0ötürülürdü. O zaman “KQB”x9d-nin rəhbərlərindən olan F.Bobkov Bakıda idi. Bu şəsx xa0 bütün imkanlardan istifadə edib qantökməkdən qaçmağa çalışırdı. Buna baxmayaraq, xa0hər saatdan bir vəziyyət gərginləşirdi.
xa0
“Qorbaçov: Bir saatdan sonra müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin xa0Bakıya uçacaqlar”¦”x9d
xa0
Yanvarın 19-da xa0Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi xa0Vəzirovun otağında idim və bu zaman Mixail Qorbaçov ona zəng etdi. Qorbaçov dedi ki, xa0SSRİ Ali Sovetinin qərarı ilə Bakıya ordu yeridiləcək. Onda Mixail Qorbaçova dedim ki, mən hərbi əməliyyata rəhbərlik edə bilməyəcəyəm. Cavab isə belə oldu: Bir saatdan sonra müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin xa0Bakıya uçacaqlar.
Bu, çox dəhşətli günlər idi. Bakıya ordunun yeridilməsi nəticəsində yüzdən artıq azərbaycanlı dünyasını dəyişdi. Bakıda fövqəladə vəziyyət və komendant saatı elan olundu. Mərkəzi Komitənin Plenumu Vəzirovu tutduğu vəzifədən azad xa0və onun yerinə Ayaz Mütəllibovu təyin etdi. Mütəllibovun birinci katib təyin edilməsinə baxmayaraq, uzun müddət xa0 həyat öz əvvəlki məcrasına düşmədi.
Qorbaçov mənə zəng edib, Girenko ilə Bakını tərk etmək barədə xa0göstəriş verəndə mənim sevincimin həddi-hüdudu yox idi. Qorbaçov dedi ki, Mütəllibov bizim nəzarətimiz altında fəaliyyət göstərir.
Ona görə sevinirdim ki, Bakıda çox mürəkkəb anlar yaşadım və burada məni saçlarım bir az da çallaşdı. Bakıda gəncliyimin iki ilini keçirdim. Hərbi-Dəniz Məktəbində yaşadım. Orada mənim xeyli sayda dostlarım var idi və bugünə kimi də onlar qalmaqdadır.
Mən bəlağətsiz və səmimi olaraq deyirəm ki, Azərbaycanı sevirəm. Kimin günahından baş verdi Bakıdakı o, dəhşətli faciə”¦ Bu, xa0həqiqətən də mənim üçün dəhşətli bir faciə idi. xa0Təxribatçılar, xa0hadisələri qıcıqlandırıcı qüvvələr Azərbaycanda vəziyyətin normal məcraya dönməsinə xa0imkan vermirdilər və Dağlıq Qarabağ problemi həll olunmamış qaldı..
Bakıda olan zaman Tofiq İsmayılovla yaxından xa0dostluq edirdik, o, çox ağıllı, mehriban və geniş dünyagörüşə, öz Vətənini sevən, azad xa0düşüncəyə malik bir insan idi.
Onunla əməkdaşlığımız nəticəsində “kiçik addımlar”x9d atmaqla xa0münaqişənin həll olunmsı üçün Ermənistana qaz kəmərini açdıq. Ancaq təəssüflər olsun ki, bizim bu xa0addımlarımız İrəvanda müsbət reaksiya ilə qarşılanmadı. Hətta, biz hər iki ölkənin rəhbərlərinin birinci görüşünü keçirməyə qərara almışdıq.
“SSRİ Nazirlər Kabineti Ayaz Müətllibovla Levon Ter-Petrosyanı Kremlə dəvət etdi”¦”x9d
Bunun üçün 1990-cı ilin noyabrın 10-da xa0SSRİ Nazirlər Kabineti Ayaz Müətllibovla Levon Ter-Petrosyanı Kremlə dəvət etdi. Onda mən tərəflərə kompromis xa0paketi üzərində razılığa gəlin və xa0bu gərginlik aradan qaldırılsın, dedim. A. Mütəllibov və L.T Petrosyan bu paketi dörd saat müzakirə edilər. Xeyli müzakirəlrədən sonra tərəflər müəyyən bir razılığa gəldilər.
Paketə xa0əsasən ilk olaraq Ermənistanın 20 fevral 1988-ci il xa0Dağlıq Qarabağı özünə birləşdirmək barədə qərarı ləğv olunurdu və bununla bağlı tərəflər birgə bəyantla çıxış etməli idilər. Növəbti addım kimi Dağlıq Qarabağda hakimiyyət orqanlarını bərpa etmək üçün seçkilər keçirilməsi nəzərdə tutulurdu. Eyni zamanda, Dağlıq Qarabağın muxtariyyətinə qarant durmaq məqsədi ilə Azərbaycan xüsusi qanun qanun qəbul etməli idi.
Bununla yanaşı olaraq Azərbaycanda və Dağlıq Qarabağda fövqəladə vəziyyət ləğv olunmalı idi. Paketdə xa0iki münaqişə tərəfindən əlaqələrin normallaşdırmasını nəzərdə tutan digər təkliflər də yer alırdı. Hətta, xa0təhlükəsizlik məqsədi ilə bufer zonanı yaradılması nəzərdə tutulurdu.
Mütəllibov və Petrosyan bu təkliflərlə razı oldular. Hətta, onlara bunu SSRİ Ali Sovetində prosesə dəstək vermək üçün xa0deputat qrupunun yaradılması da təklif olundu. Mən də xa0problemin həlli ilə bağlı çox böyük optimizm yarandı. Bu məsələni həll etmək Rəşid Nişanovla danışdım ki, xa0deputat qrupları ilə danışıqlar məsuliyyətini o üzərinə götürsün. xa0İlk mərhələ də o da razılaşdı. Təəssüflər olsun ki, ekstremistlər tərəfindən qızışdırılan deputatlar bu təklifləri qəbul etmədi.
1991-ci ilin ortalarında genişmiqyaslı hərbi əməliyyatlardan qaçmaq üçün səylər görüldü, ancaq bu səylər nəticə vermədi.
1991-ci ilin sentyabrın 8-də Ayaz Mütəllibov prezident seçilsə də, o, ölkədki proseslərə nəzarət etmək qabliyyətində deyildi. xa0Onun ölkədə hakimiyyətə tam nəzarət edə bilməməsi xa0ikihakimiyyətliyə gətirib çıxardı. Məhz bunun nəticəsində AXC 1992-ci ilin martında Mütəllibovu istefaya göndərdi. 1992-ci ilin mayında Mütəllibov hakimiyyətə yenidən qayıtmağaı bacarsa da, xa0bir gün sonra yenidən hakimiyyətdən devrildi.
Bundan sonra ölkədə yenidən prezident seçkiləri keçirildi və 1992-ci ilin iyunun 7-də AXC lideri Əbülfəz Elçibəy prezident seçildi. Bu ərəfədə Dağlıq xa0Qarabağ ərtafında genişmiqyaslı hərbi əməliyyatlar başlandı. AXC münaiqşənin siyasi yoldan daha çox hərbi yolla münaqişənin həllinə üstünlük verdi.
Ancaq bu məsələnin siyasi yolla həlli ağırlığı Heydər Əliyevin üzərinə düşdü. 1993-cü xa0ildə xa0Azərbaycan rəhbərliyinə yenidən qayıdan H.Əliyev 1994-cü ildə atəşkəs rejiminə nail oldu”¦”x9d(gününsesinfo)





































































































