Azərbaycanın iki cüdoçusu Çinin Sindao şəhərində keçirilən Qran-pridə medal qazanıb.
Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda avstriyalı Bernd Faşinqi məğlub edərək qızıl medala yiyələnib.
Bu, cüdoçumuzun Qran-Pri turnirlərində qazandığı ilk qızıl medaldır.
Olimpiya çempionumuz Hidayət Heydərov karyerasında ilk dəfə 81 kq çəki dərəcəsində medal qazanıb.
Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq Sindao Qran-Prisinin bürünc medalına sahib çıxıb.

Bizim.Media

- A-
- A
- A+
İdman
16:48 / 27.06.2026
Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO
Hazırda oxunan: Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO
Hazırda oxunan: Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO
621870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































