Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Hazırda oxunan: Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

621865

İsrail Livanla qoşunların mərhələli şəkildə çıxarılmasına başlanması barədə çərçivə sazişi imzaladıqdan bir gün sonra ölkənin cənubundakı Nəbatiyə rayonuna hücum edib.

Bizim.Media "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Livanın dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, zərbə İsrailin pilotsuz uçuş aparatı ilə endirilib. Mümkün tələfat və dağıntılar barədə təfərrüatlar hələlik açıqlanmır.

Qeyd edək ki, iyunun 26-da İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə İsrail Müdafiə Ordusu bölmələrinin Livanın cənubundakı bir sıra rayonlardan mərhələli şəkildə çıxarılmasının başlanmasını nəzərdə tutan çərçivə sazişi imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO