Hikmət Hacıyev beynəlxalq səyyahlarla GÖRÜŞDÜ - FOTO 

Hikmət Hacıyev beynəlxalq səyyahlarla GÖRÜŞDÜ - FOTO 

Hazırda oxunan: Hikmət Hacıyev beynəlxalq səyyahlarla GÖRÜŞDÜ - FOTO 

163273

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan beynəlxalq səyyahlarla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” (tvitter) hesabında paylaşım edib. 

“Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “Nomadmania Group”un beynəlxalq səyyah və səyyah-bloqçuların işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzuliyə səfərindən sonra görüşdən, onları Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, humanitar minatəmizləmə layihələri ilə bağlı məlumatlandırmaqdan məmnunam”, - o deyib. 
Hikmət Hacıyev beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkürünü bildirib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO