Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini davam etdirir

Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini davam etdirir" - FOTO

Hazırda oxunan: Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini davam etdirir" - FOTO
148760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir. Belə ki, sosial mediada erməni istifadəçilərin azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajları bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı uzun müddətdir ki, nifrət siyasətini davam etdirir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial media hesabında yazıb. 

“Əvvəlki bəyanatlarımızda bildirdiyimiz kimi, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır.

Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir”, - o bildirib. 

Qeyd olunub ki, bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələri qərəzli şəkildə şişirtmək, insanlarda narazılıq yaratmaq bölgədə davamlı sülh prosesinə mane olur, eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir. 

Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini davam etdirir

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO