Erkan Özoral: “Əldə edilən hər zəfər sevinc göz yaşlarımıza səbəb olur”

Erkan Özoral: “Əldə edilən hər zəfər sevinc göz yaşlarımıza səbəb olur”

Hazırda oxunan: Erkan Özoral: “Əldə edilən hər zəfər sevinc göz yaşlarımıza səbəb olur”

1473

100 il öncə qurtuluş savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlib. O dövrdə ölkələrini tərk etmək məcburiyyətində qalan çox sayda azərbaycanlı aydınlar Türkiyəni vətənləri olaraq görüb cümhuriyyətimizə önəmli töhfələr vermişdilər.

Bizim.Media  xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə Cümhuriyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə müraciətində bildirib.

Səfir qeyd edib ki, bu gün Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük mücadilə aparmaqdadır:

"Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mücadiləsində can Azərbaycanın yanında yer almaqdadır. Hamımız Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldıqları yurd-yuvalarına geri dönmələrini ürəkdən istəyirik. Əldə edilən hər zəfər sevinc göz yaşlarımıza səbəb olur.
Türkiyə və Azərbaycanın təhlükəsizliyi, rifahı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaşasın, Türkiyə və Azərbaycan qardaşlığı, yaşasın Cümhuriyyət!".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO