Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) başqanı, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirtaşın kimliyi haqda zamanla ilginc iddialar, şəkillər, məlumatlar yayılıb.
Az əvvəl də sosial şəbəkələrdə türk istifadəçiləri tərəfindən yayılan məlumatda Səlahəddin Dəmirtaş adlı birinin əslində başqası olduğu və polislə toqquşmada vəfat etdiyi bildirilmişdi. HDP-nin lideri S.Dəmirtaşın isə Aqor Sapşikyan adlı bir erməni olduğu iddia edilirdi. O da iddia olunurdu ki, əsl adı Aqor Sapşikyan olan Səlahəddin Dəmirtaş İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən qatı solçuları ələ almaq üçün casus olaraq onların arasına salınıb.

Moderator.az HDP lideri Səlahəddin Dəmirtaşın nüfuz cüzdanını (kimliyini təsdiq edən sənəd) təqdim edir. HDP liderinin kimliyini təsdiq edən sənəddə atasının adının Baqrat olduğu qeyd edilib. 1973-cü ildə anadan olan Demirtaşın doğulduğu yer olaraq isə Ermənistan göstərilib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın gizli sirlərini ortaya çıxaran "Wikileaks" HDP lideri S.Dəmirtaşın siyasətə necə gətirildiyi haqda şok məlumatlar yaymışdı. ABŞ-ın Türkiyədəki səfirliyi tərəfindən 14 oktyabr 2005-ci ildə hazırlanan və Dövlət Departamentinə göndərilən gizli hesabatda həmin dövrdə İnsan Haqları Dərnəyinin Diyarbəkir şöbəsinin sədri olan Səlahəddin Dəmirdaş ilə aparılan danışıqlar əks olunub. Hesabatda Dəmirtaşın Beynəlxalq Ziyarətçi Liderlik Proqramının keçmiş iştirakçısı olduğu ifadə edilir. Bu proqram isə ABŞ-ın siyasətçi yetişdirmə proqramı kimi tanınır.
Sənəddə qeyd olunur ki, 27 sentyabr 2005-ci ildə ABŞ-ın Ankaradakı səfiri ilə görüşən Dəmirtaş Türkiyə əleyhinə danışıb. Görüşdə Dəmirtaş Türkiyənin cənub-şərq hissəsindəki xalqın 50 faizinin PKK-nı dəstəklədiyini səfirə deyib. O, həmçinin səfirə yeni bir kürd partiyası quracağını, lakin qurulacaq partiyada yer alacaq şəxslərin PKK-ya çox yaxın olması səbəbindən üzdə konstruktiv siyasi xətt yeridən siyasətçilərə ehtiyaclarının olduğunu deyib.
xa0











































































































