Prezident: “Ermənilər kompromisə gedəcəyimizi düşünürdülər”

Prezident: “Ermənilər kompromisə gedəcəyimizi düşünürdülər”

Hazırda oxunan: Prezident: “Ermənilər kompromisə gedəcəyimizi düşünürdülər”

134127

“Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında səsləndirib.

Ermənilərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşündüklərini deyən dövlət başçısı bildirib: 

“Hesab edirdilər ki, beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO