Paris və Brüssel terrorunun şübhəlisi yaxalandı

Paris və Brüssel terrorunun şübhəlisi yaxalandı

Hazırda oxunan: Paris və Brüssel terrorunun şübhəlisi yaxalandı

131075
Parisdəki terror hücumu ilə əlaqədar axtarışda olan sonuncu şübhəli, Məhəmməd Abrini həbs olunub. Bu barədə Belçikanın “VRT”x9d telekanalı məlumat yayıb. Müstəntiqlər onun eyni zamanda martın 22-də Brüssel aerportunda törədilmiş partlayışda da əli olduğunu hesab edir. Belə ki, müşahidə kamerasına düşmüş görüntüdə, qanlı hücumdan əvvəl Abriniyə bənzəyən papaqlı bir şəxsin hava limanını tərk etdiyini görmək olur. Abrini Paris hücumlarından sonra digər terrorçu Salah Abdislamla yanacaq doldurma məntəqəsinin kamerasına düşmüşdü. Salah Əbdislam Brüsseldə terror hücumu törədilməzdən bir neçə gün əvvəl xüsusi təyinatlıların reydi zamanı saxlanılmışdı. 
Abrini

Bu arada Belçika Federal Prokurorluğu 13 noyabr teraktı ilə əlaqədar qaçaq düşmüş sonuncu şübhəlinin  Məhəmməd Abrininin Belçikada həbs olunduğu faktını təsdiq edib. Prokurorluq rəsmisi Tyeri Verts  Brüssel partlayışları ilə əlaqədar reydlərdə ümumilikdə 5 nəfərin saxlanıldığını bildirib. Hazırda prokurorluq Abrininin Brüssel aeroportunda törədilən partlayışın 3-cü fiqurantı olub-olmadığını müəyyən etməyə çalışır.

“22 mart teraktı ilə bağlı reydlərdən savayı Məhəmməd Abrini Anderlext şəhərində həbs olunub. Daha 2 şübhəli də saxlanılıb. Abrininin barmaq və DNT izləri Ru Maks Roze küçəsi və Ru Henri Berqer küçəsi  ünvanında yerləşən mənzillərdə və həmçinin Paris teraktında istifadə olunmuş avtomobildə aşkarlanmışdı.”x9d ”“ deyə Federal Prokurorluq rəsmisi Tyeri Verts bildirib.   
Abrini

Bəzi mənbələrdə həbs olunanlardan birinin Maalbek metro stansiyasında partlayış törədən terrorçu-kamikadzeyə yardım göstərdiyi bildirilsə də, bu fakt hələ ki rəsmi şəkildə təsdiq olunmayıb. Ötən ay Brüsselin metro və aeroportunda  törədilən partlayışlarda 32 nəfər həlak olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO