Səyavuş Heydərov: “Cəbhəçilər hakimiyyətdə qalsaydılar, hətta neft buruqlarını doğrayıb İrana satacaqdılar” - VİDEO

Səyavuş Heydərov: “Cəbhəçilər hakimiyyətdə qalsaydılar, hətta neft buruqlarını doğrayıb İrana satacaqdılar” - VİDEO

Hazırda oxunan: Səyavuş Heydərov: “Cəbhəçilər hakimiyyətdə qalsaydılar, hətta neft buruqlarını doğrayıb İrana satacaqdılar” - VİDEO

122084

“AXC-Müsavat hakimiyyəti illərində ölkədə hakimiyyətsizlik, səriştəsizlik, korrupsiya və talançılıq tüğyan edirdi. Heç bir quruculuq işi görülmürdü, sənaye sahəsi yaradılmırdı. İnfrastrukturu dağıtmaq, metalloma çevirmək, İrana satmaqla məşğul idilər.

Elə böyük müəssisələr var idi ki, onu təmir etməklə, cüzi vəsaitlə işə salmaq olardı. Ancaq talançılıq o həddə çatmışdı ki, həmin müəssisələr gecə ilə yox olurdu. Hərdən düşünürdük ki, neft buruqlarındakı estakadaları da doğrayıb İrana metal kimi stacaqlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri trend.az-a müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov qeyd edib ki, həmin dövrdə Azərbaycan iqtisadiyyatına zərbə vurmaq başadüşülən deyildi:

“Ölkədə separatçılıq baş alıb gedirdi. Cənubda, Şimalda təhlükələr var idi. Erməni təcavüzü genişlənməkdə idi, ərazilərimiz işğal olunurdu. İnsanlarda inamsızlıq yaranmışdı. AXC-Müsavat hakimiyətinin qonşu ölkələrlə dil tapa bilməməsi, məsuliyyətsiz bəyanatlarla həmin ölkələri qıcıqlandırması böhranı daha da dərinləşdirirdi. 

Belə bir çətin dövrdə Azərbaycan xalqının yeganə ümidi ulu öndər Heydər Əliyevə idi. Ümummilli lider hakimiyyətə gəlməklə Azərbaycan dövlətini və xalqını xilas etdi. İnsanlarda inam yarandı. Heydər Əliyev tədricən sabitlik yaratdı, iqtisadiyyat bərpa edildi.
Bu bir həqiqətdir ki, əgər cəbhəçilər bir qədər də hakimiyyətdə qalsaydı, İran heç bir tərəddüd etmədən sərhədlərimizi pozar, Azərbaycanı işğal edərdi. İndi təsəvvür edin, Azərbaycan dövlətinin belə qüdrətli vaxtında İran səfirliyimizə qarşı terror törədirsə, 90-cı illərdə, dövlətin zəif vaxtında nələr edə bilərdi? Məhz ulu öndərin qətiyyəti, siyasi məharəti, şəxsiyyəti Azərbaycanı bu təhlükələrdən xilas etdi", - deyə o, əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO