Ərdoğandan Türkiyədəki zəlzələ ilə bağlı AÇIQLAMA

Ərdoğandan Türkiyədəki zəlzələ ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan Türkiyədəki zəlzələ ilə bağlı AÇIQLAMA

118627

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı Tviterdə yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə zəlzələdə ölənlərin sayı 76-ya çatdı, 440 yaralı - FOTO/VİDEO


“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm.

Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD və digər bütün qurumlar sürətlə işə başlayıblar.

Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO