“Söyün Sadıqovun “erməni soyqırımı”x9d adlı sənədi dəstəklədiyini dəqiq deyə bilmərəm. Amma, belə bir hal ola da bilər”x9d.
Bunu modern.az saytına açıqlamasında “AzerRos”x9d Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıxova deyib.
Mehriban Sadıxovanın sözlərinə görə, Söyün Sadıqov çoxdandır ki “AzerRos”x9da gəlmir.
“Söyün Sadıqovu bir ildən artıqdır ki, görmürəm. O, “AzerRos”x9da gəlib-getmir. Düzü, “erməni soyqrımı”x9d məsələsi ilə bağlı onun adının həmin sənədi dəstəkləyənlər arasında olduğunu oxuyanda təəccübləndim. Eyni zamanda, Söyün Sadıqov fiziki şəxsdir. Bir çox tədbirlərdə, məclislərdə iştirak edir. Yenə deyirəm, Söyün Sadıqovun “AzerRos”x9dla əlaqəsi yoxdur. “AzerRos”x9dun heç bir tədbirində iştirak etmir”x9d.
Qeyd edək ki, “AzerRos”x9d Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçilərindən olan Söyün Sadıqovun adı “erməni soyqırımı”x9d adlı sənədin inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin dəstəklənməsində çəkilir. Moskvada fəaliyyət göstərən Azərbaycan diasporunun bəzi rəhbəriləri də Rusiya Dövlət Dumasına çıxarılmış həmin sənədi dəstəkləyib.











































































































