İlham Əliyev Benyamin Netanyahuya MƏKTUB ÜNVANLADI 

İlham Əliyev Benyamin Netanyahuya MƏKTUB ÜNVANLADI 

Hazırda oxunan: İlham Əliyev Benyamin Netanyahuya MƏKTUB ÜNVANLADI 

112341

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb. 

Bizim.Media təbrik məktubunun mətnini təqdim edir: 

“Hörmətli cənab Baş nazir, 

İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı və rifahı yolunda fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir. 
Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür. 

Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir. Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir. 

Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. 
Fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2023-cü il münasibətilə Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail Dövlətinin və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO