Həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublu və Fərəc Kərimov Müsavat Partiyasını seçkini boykota çağırıb.
Bunu qızı Nigar Yaqublu ilə danışan Tofiq Yaqublu deyib.
Məsələylə bağlı Moderator. az - a açıqlama verən Müsavat başqanının müavini Səxavət Soltanlı "Mən bu barədə məlumatsızam, deyiblərsə belə burda qeyri - adi bir şey yoxdur, hər müsavatçı istənilən qərar və fəaliyyətlə bağlı fikir bildirə bilər" cavabını verməklə kifayətlənib.




































































































