Uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: Uşaqların icbari dispanserizasiyası ilə bağlı valideynlərə XƏBƏRDARLIQ EDİLDİ

167411

Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı müraciət edib.

Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunmasından ibarətdir.

Bildirilib ki, dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə, dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun aparılmasına, hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsinə, uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə təminat verilir.

Bildirilib ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Vurğulanıb ki, uşağın qanuni nümayəndəsi tərəfindən aşağıda qeyd olunanlara riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur:

- dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi,

- həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi,

- daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsi.

Bu əməllərin törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir .

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO