Bədii gimnastika üzrə Avropa Kubokuna bu gün yekun vurulacaq

Bədii gimnastika üzrə Avropa Kubokuna bu gün yekun vurulacaq

Hazırda oxunan: Bədii gimnastika üzrə Avropa Kubokuna bu gün yekun vurulacaq
190517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna mayın 5-də yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, turnirin sonuncu günündə böyüklər arasında fərdi və qrup hərəkətləri proqramında qaliblər müəyyənləşəcək.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova halqa, top və lentlə çıxış edəcək. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv isə üç lent və iki top, həmçinin beş halqa ilə yarışda bacarıqlarını nümayiş etdirəcək.
Gənclər arasında final mərhələsində Gövhər İbrahimova halqa, İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lentlə çıxışda qüvvələrini sınayacaqlar.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO