Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Hazırda oxunan: Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

190469

Mayın 6-sı saat 16:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyatla bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, birinci sinfə elektron qeydiyyatla bağlı yaranan sualları canlı yayımın şərh bölməsində yazmaq olar.

Mövzu ilə əlaqədar suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.

Canlı yayımı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsi üzərindən izləmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO