“İnter” iranlı futbolçunu transfer etdi

“İnter” iranlı futbolçunu transfer etdi

Hazırda oxunan: “İnter” iranlı futbolçunu transfer etdi

190571

"İnter" hücum xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, İtaliya çempionu "Portu"da çıxış edən Mehdi Taremini rənglərinə bağlayıb. 

Bu barədə Milan təmsilçisinin baş məşqçisi Simeone İnzagi məlumat verib.

"İnter" yayda Portuqaliya klubu ilə müqaviləsi başa çatan iranlı forvardı pulsuz heyətinə qatıb.

Qeyd edək ki, "Portu" Mehdi Taremini 2020-ci ilin yayında "Rio Ave"dən transfer edib. 31 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO