Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO

Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO

Hazırda oxunan: Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
190549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı funikulyorunun fəaliyyətə başlamasından 64 il ötür.

Bizim.Media xəbər verir ki, funikulyor Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib və 1960-ci il mayın 5-də istifadəyə verilib.

Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib.

Bakı funikulyorunun iki stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Stansiyalararası məsafə 455 metrdir. Cəmi iki vaqonu olan bu funikulyorda vaqonlar bir stansiyadan digərinə dörd dəqiqəyə çatır. Vaqonlararası interval 10 dəqiqədir.
Funikulyor saatda orta hesabla 2 000 sərnişini daşımaq imkanına malik olub.

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilib. 2011-ci ilin aprelində isə yenidən təmirə bağlanıb. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO