"Real" 36-cı dəfə İspaniya çempionu oldu - VİDEO

Hazırda oxunan: "Real" 36-cı dəfə İspaniya çempionu oldu - VİDEO

190494

İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu pilləyə "Real" layiq görülüb.

Madrid təmsilçisi  La Liqanın  33-cü turunda "Kadis"ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə yüksəldib. "Real"ın ən yaxın izləyicisi "Barselona" isə "Jirona"ya məğlub olub - 2:4. 

Bu görüşdən sonra "kral klubu" çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnirin başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. 

Beləliklə, "Real" tarixində 36-cı dəfə ölkə çempionu tituluna yiyələnib.

Qeyd edək ki, "Jirona" qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. "Barselona" isə 73 xalla 3-cü pilləyə enib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO