Yevgeni Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”

Yevgeni Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”

Hazırda oxunan: Yevgeni Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”

190472

“Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“Bu, təkcə Ermənistan üçün deyil, bizim regionumuzun digər ölkələri ilə də ticarəti daha da şaxələndirməyə imkan verə bilərdi”, - o vurğulayıb.

Y.Jukov, həmçinin qeyd edib ki, bank bu məsələlərdə Ermənistan hökuməti ilə əməkdaşlığa ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO