Kinoteatrlarda bilet qiymətləri niyə BAHALAŞIB? – Rəsmi AÇIQLAMA 

Kinoteatrlarda bilet qiymətləri niyə BAHALAŞIB? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Kinoteatrlarda bilet qiymətləri niyə BAHALAŞIB? – Rəsmi AÇIQLAMA 

190296

Müasir texnologiyanın inkişafı ilə evdə film izləmək xeyli əlçatan olsa da, kinoteatrlarda filmə baxmaq ənənəsini yaşadanlar az deyil. Dünyada və ölkədə çəkilən yeni filmləri izləmək üçün kinoteatrlara xeyli sayda insan gedir. 

2023-cü ildə kinoteatrlara gedənlərin ümumi sayı hələ açıqlanmayıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2022-ci il ölkə kinoteatrlarında göstərilən filmlərə toplam 1 milyon 595 min tamaşaçı baxıb.

Bilet qiymətlərinə gəldikdə isə ötən illə və bu ilin əvvəli ilə müqayisədə qiymətlərdə artım var. Hazırda Azərbaycanda Nizami Kino Mərkəzi, “CineMastercard” (köhnə adla “CinemaPlus”),“Park Cinema” kimi müasir kinoteatr şəbəkələri fəaliyyət göstərir.

"Park Cinema” kinoteatrı "Park Bulvar", "Metropark", "Flame Towers" (IMAX), Zaqulba ticarət və əyləncə mərkəzlərində, “CineMastercard” isə "28 Mall", "Gənclik Mall", "Dəniz Mall", "Amburan Mall"-da xidmət göstərir.
Tamaşaçıların üz tutduğu həmin kinoteatrlarda qiymətlər filmin nümayiş vaxtına görə dəyişir. Pandemiyadan öncə 4-8 manat arasında dəyişən qiymətlər ötən il 5-10 manat aralığında idi. Bir neçə aydır “CineMastercard” kinoteatrlarında 5 manatlıq biletlər yalnız gündüz seanslarında, saat 12-dək satılır. Digər vaxtlarda bilet qiymətləri 8, 9 və 10 manatdır. Ötən il 7 manata da bilet satılırdı. Bundan başqa, kinoteatrlarda fəaliyyət göstərən platinum (VİP) zallara bilet qiyməti bir müddət öncə 25 manat idisə, indi bu rəqəm 30-dur.

Məsələ ilə bağlı “CineMastercard” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova Bizim.Media-ya açıqlamasında bildirib ki, qiymət artımı inflyasiya ilə bağlıdır.

“Hər yerdə qiymətlərin artması bilet qiymətlərinə də təsir edib”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO