Gimnastika komandamız Avropa Kubokunun bürünc medalını qazandı

Gimnastika komandamız Avropa Kubokunun bürünc medalını qazandı

Hazırda oxunan: Gimnastika komandamız Avropa Kubokunun bürünc medalını qazandı

190553

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, komandamız 3 lent və 2 topla çıxışda fəxri kürsüdə yer alıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət uğurlu çıxış edərək, 29,950 bal toplayıb.

Yığmamız Bolqarıstan (33,900) və İtaliyadan (33,700) geri qalıb. Komandamız 5 halqa ilə çıxışda mükafatçılar sırasına düşə bilməyib. 36,950 bal toplayan yığmamız Avropa kubokunu 4-cü pillədə başa vurub. İsrail (38,950) qızıl, İtaliya (38,050) gümüş, Bolqarıstan (37,750) bürünc medal qazanıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürüncə sahib çıxıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO