İkardi “Qalatasaray”dan ayrılır?

İkardi “Qalatasaray”dan ayrılır?

Hazırda oxunan: İkardi “Qalatasaray”dan ayrılır?

190582

"Qalatasaray"ın futbolçusu Mauro İkardi komandadan ayrıla bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə argentinalı hücumçunun İstanbulda sıxıldığı və mövsüm bitdikdən sonra "sarı-qırmızılar"ı tərk edəcəyi bildirilib.

31 yaşlı forvardın ayrılmaq üçün kluba 9 milyon avro ödəyəcəyi və bununla bağlı razılıq əldə olunduğu iddia edilir.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 28 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO