Ermənistanda bir neçə Rusiya telekanalının yayımı dayandırılıb.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ötən ilin avqustunda Ermənistan Prezidenti Armen Sarkisyanın imzaladığı “2021-ci il yanvarın 1-dən etibarən bütün xarici telekanalların ictimai multipleksdə yayımlanmasını məhdudlaşdıran qanuna” əsasən ölkədə bir neçə xarici kanalın açıq yayımı dayandırılıb.
Məlumatda bildirilir ki, beş xarici kanaldan dördünün Rusiya telekanalı olduğu bildirilir.
Rusiyanın “RTR-Planeta” telekanalı isə bütün ölkə boyu, “Rossiya-Kultura” və “Birinci kanal” isə paytaxt İrəvanda açıq yayım hüququnu qoruyub saxlayıb.
Bu telekanallar 2020-ci ilin dekabr ayının sonunda Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi kütləvi kommunikasiyalar sahəsində Ermənistanla əməkdaşlıq haqda hökumətlərarası razılaşmaya əsasən yayımı davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
16:02 / 06.01.2021
Ermənistanda Rusiyanın bəzi telekanallarının yayımı dayandırıldı
Hazırda oxunan: Ermənistanda Rusiyanın bəzi telekanallarının yayımı dayandırıldı
Hazırda oxunan: Ermənistanda Rusiyanın bəzi telekanallarının yayımı dayandırıldı
7580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.