Ermənistanın indiki hakimiyyətinin ömrünə cəmi bir neçə saat qalıb, üstəlik, erməni xalqının düşmənə veriləcək torpağı yoxdur.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bunu “Hayastan” blokundan olan deputat Aspram Krpeyan İrəvanın mərkəzində, Fransa meydanında müxalifətin birləşmiş mitinqində deyib.
Krpeyan qeyd edib ki, onlar yürüşə İcevandan başlayıb və 175 kilometr yol qət ediblər.
“Belə insanlarla bu qədər kilometr yol qət etmək, üç rayonu keçmək və paytaxta çatmaq mənim üçün şərəf idi. Türklərə verəcəyimiz heç nə yoxdur və biz cinayətkar qruplaşmaya xəyanət mandatı verməmişik”, deyə o vurğulayıb.
Krpeyanın fikrincə, “Artsax”sız (Qarabağda qondarma rejim) Ermənistan, Ermənistansız “Artsax” yoxdur.
Öz növbəsində, “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan bildirib ki, o, yürüşə 35 nəfərlik qrupla başlayıb, lakin İrəvana bundan on dəfə çox vətəndaş gəlib:
“Onlar hamını “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq, Ermənistanın hər santimetri müqəddəsdir və heç vaxt düşmənə verilməyəcək” ümumi ideya ətrafında birləşdirə biliblər.
Fransa meydanına toplaşan vətəndaşlar “Birləşmə, mübarizə, qələbə” şüarları səsləndirərək deputatların bəyanatlarını alqışlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
18:32 / 01.05.2022
Müxalifət Paşinyan hakimiyyəti haqda: Ömürlərinə cəmi bir neçə saat qalıb
Hazırda oxunan: Müxalifət Paşinyan hakimiyyəti haqda: Ömürlərinə cəmi bir neçə saat qalıb
Hazırda oxunan: Müxalifət Paşinyan hakimiyyəti haqda: Ömürlərinə cəmi bir neçə saat qalıb
72330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.