Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib?

Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib?

Hazırda oxunan: Ermənistan Prezidenti xəstəxanaya yerləşdirilib?

627048

Ermənistan Prezidenti Vaaqn Xaçatryan planlı tibbi müayinədən keçmək üçün "Nairi" Tibb Mərkəzinə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tibb Mərkəzinin nümayəndələri NEWS.am-a bildiriblər.

Mərkəzin açıqlamasına görə, prezident nəzərdə tutulan bütün tibbi müayinələr və prosedurlardan sonra klinikanı tərk edib.

"Nəzərinizə çatdırırıq ki, prezident xəstəxanaya yerləşdirilməyib və stasionar müalicə almayıb", – deyə açıqlamada vurğulanıb.

Bundan əvvəl ArmLur.am nəşri Vaaqn Xaçatryanın səhhətinin pisləşdiyini, infarktöncəsi vəziyyətdə "Nairi" Tibb Mərkəzinə aparıldığını və müayinələrdən sonra evə buraxıldığını iddia etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO