Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

Hazırda oxunan: Azərbaycana gələn xarici turistlərin sayında AZALMA

627016

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycana 1,09 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Bizim.Media xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% azdır.

Məlumata görə, ölkəyə ən çox gələn xarici qonaqların 28,1%-ni Rusiya, 21%-ni Türkiyə, 8,2%-ni isə İran vətəndaşları təşkil edib.

Qeyd olunur ki, xarici turistlərin 71,1%-i Azərbaycana hava nəqliyyatı ilə gəlib.

Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin sayı da 5,1% azalaraq 937,4 minə düşüb.

Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkə yenə də Türkiyə olub. Xaricə edilən bütün səfərlərin 41,5%-i bu ölkənin payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO