Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi ilə Manilada görüşü zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəliyin geniş spektri üzrə fikir mübadiləsi aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Ukrayna mövzusu müzakirə edilərkən Sergey Lavrov amerikalı həmkarına cəbhə xəttindəki vəziyyət barədə Rusiya tərəfinin mövqeyini çatdırıb.
Lavrov, həmçinin Kiyev hakimiyyətinin silahlandırılmasının davam etdirilməsinin yolverilməz olduğunu vurğulayaraq, Avropa ölkələrinin Rusiyaya "strateji məğlubiyyət" yaşatmaq məqsədi daşıyan siyasətini tənqid edib.
Rusiya XİN-in açıqlamasına əsasən, Lavrov Moskvanın münaqişənin siyasi-diplomatik yolla nizamlanmasına hazır olduğunu bir daha təsdiqləyib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ankoricdə ABŞ Prezidenti Donald Trampla keçirilən görüşdə ABŞ tərəfinin irəli sürdüyü və Rusiya liderinin razılıq verdiyi təkliflərə sadiq qaldığını bildirib.
Bizim.Media





































































































