Rusiyada yanacaq böhranı Ukraynanın hücum taktikasını dəyişməsindən sonra müəyyən qədər zəifləməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukrayna son həftələr iri neft emalı zavodlarına (NEZ) zərbələr əvəzinə diqqəti Rusiyanın "kölgə donanması"na aid tankerlərə yönəldib. Bunun fonunda Rusiyanın bir sıra regionlarında yanacaq təminatı ilə bağlı vəziyyət tədricən yaxşılaşmağa başlayıb, baxmayaraq ki, qıtlıq hələ də qalmaqdadır.
Bununla belə, analitiklər hesab edirlər ki, böhran hələ başa çatmayıb.
Məlumata görə, iyul ayında Rusiyada neft emalının həcminin 2002-ci ilin mayından bəri ən aşağı səviyyəyə enəcəyi gözlənilir. Bu göstəricinin mövsümi normadan üçdəbirdən çox aşağı olacağı bildirilir.
Qeyd olunur ki, Rusiyanın bəzi regionlarının rəhbərliyi sakinlərə yanacaq təchizatında fasilələrin davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:32 / 23.07.2026
Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi
Hazırda oxunan: Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi
Hazırda oxunan: Ukrayna taktikanı dəyişdi: Rusiyada yanacaq böhranı qismən zəiflədi
627013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































