İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

Hazırda oxunan: İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”
626937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əgər ABŞ İranın mülki obyektlərinə hücum edərsə, münaqişə regionun hüdudlarından kənara çıxacaq və Yaxın Şərqin bütün energetika infrastrukturu zərbələrə məruz qalacaq.

Bizim.Media “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” mərkəzi qərargahı bəyan edib.

“Əgər ABŞ-nin təhdidləri reallaşarsa, İran Silahlı Qüvvələri regiondan bir damla da olsun neftin ixrac edilməsinə icazə verməyəcək, bölgənin neft, qaz, elektroenergetika və iqtisadi infrastrukturu isə zərbələrin hədəfinə çevriləcək”, — deyə bəyanatda bildirilir.
 

Sənəddə qeyd olunur ki, Birləşmiş Ştatlar tərəfindən səsləndirilən və təkrarlanan təhdidlər müharibənin regionda və hətta onun hüdudlarından kənarda genişlənməsindən başqa heç bir nəticəyə gətirib çıxarmayacaq.


Xatırladaq ki, iyulun 22-də ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Hörmüz boğazında olan gəmilərə edilən hər bir hücuma görə Amerika hərbçiləri İranda bir körpünü və ya elektrik stansiyasını məhv edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO