SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO

SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO

Hazırda oxunan: SEPAH Küveytdə ABŞ bazalarına zərbələr endirdi – VİDEO
627007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, Əli Əl-Salem Hava Bazasına həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarında ABŞ-nin hərbi texnika anbarı, Patriot hava hücumundan müdafiə sistemi və MQ-9 tipli pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar hədəfə alınıb.

Bəyanatda Əli-Adiri Hava Bazasındakı ABŞ hərbi obyektinə və iki helikopter anqarına da zərbələr endirildiyi bildirilib.

SEPAH hücumlar nəticəsində bir neçə ABŞ hərbçisinin öldüyünü və yaralandığını, helikopterlərə, pilotsuz uçuş aparatlarına və digər hərbi infrastruktura ciddi ziyan dəydiyini irəli sürüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO