
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 23.07.2026
1 dəq oxunma
Cəlilabadda qədim tarixə aid arxeoloji tapıntılar üzə çıxdı - FOTO
Hazırda oxunan: Cəlilabadda qədim tarixə aid arxeoloji tapıntılar üzə çıxdı - FOTO
627067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabad rayonunda həyata keçirilən abadlıq işləri zamanı qədim dövrə aid arxeoloji tapıntılar aşkarlanıb.
Bizim.Media xəbər verir ki, rayonun Narbağı adlanan ərazisində yeni parkın salınması məqsədilə aparılan torpaq işləri zamanı dörd ədəd qədim təsərrüfat küpü və müxtəlif maddi-mədəni irs nümunələri üzə çıxıb.
Tapıntılar barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna məlumat verilib. Bundan sonra institutun arxeoloqu Vəfa Mahmudova əraziyə gələrək ilkin araşdırmalara başlayıb.
Mütəxəssislərin fikrincə, aşkar olunan nümunələrin elmi tədqiqi Azərbaycanın qədim tarixi və bölgənin keçmiş yaşayış məskənləri haqqında yeni məlumatların əldə olunmasına imkan yarada bilər.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





























































































