ABŞ-da polisin güllələdiyi şəxs öldü - Etiraz aksiyaları başladı – FOTO-VİDEO

ABŞ-da polisin güllələdiyi şəxs öldü - Etiraz aksiyaları başladı – FOTO-VİDEO

Hazırda oxunan: ABŞ-da polisin güllələdiyi şəxs öldü - Etiraz aksiyaları başladı – FOTO-VİDEO
627055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Madison şəhərində polis tərəfindən saxlanılan şəxsin ölməsindən sonra etiraz aksiyaları başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polisin açıqlamasına görə, saxlanılarkən şübhəli şəxsin bıçaqla polis əməkdaşlarından birini yaraladığı bildirilir. Hüquq-mühafizə orqanları əvvəlcə onu elektroşok cihazı ilə zərərsizləşdirməyə çalışsalar da, bu cəhd nəticə verməyib və polis əməkdaşı atəş açıb.

Yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisədə iştirak edən dörd polis əməkdaşının hamısı araşdırma müddətində inzibati məzuniyyətə göndərilib. Həmçinin müəyyən edilib ki, onlardan heç biri üzərində bədən kamerası daşımayıb.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra şəhərdə etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları "Ədalət yoxdursa, sülh də yoxdur" şüarları səsləndiriblər.

Axşam saatlarında isə sakinlər hadisə yerinə gül və şam gətirərək həlak olan şəxsin xatirəsini yad ediblər.

Madison şəhərinin meri mərhumun ailəsinə başsağlığı verib və araşdırmanın tam şəffaf və ictimaiyyət qarşısında hesabatlı şəkildə aparılmasının vacibliyini vurğulayıb.

ABŞ-da polisin güllələdiyi şəxs öldü - Etiraz aksiyaları başladı – FOTO-VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO