Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Qara dənizdə Türkiyə gəmisinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

627059

Qara dənizdə Türkiyə bayrağı altında üzən Mv Reyhan Sari yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, kömür daşıyan gəmi hücum zamanı Rusiyanın Taman limanından Türkiyənin Trabzon şəhərinə doğru hərəkət edirdi. Hadisə ilə bağlı ilk məlumatlar iyulun 22-də yayılıb.

Gəminin sahibi olan T&O Shipping Co. Ltd. şirkətinin açıqlamasına görə, hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər yaralanıb.

Məlumata əsasən, gəmi zədələnsə də, öz gücü ilə Samsun limanına çata bilib. Yaralı dənizçilər isə helikopterlə sahilə təxliyə ediliblər.

Bu gün yerli KİV hadisə zamanı PUA tərəfindən çəkildiyi bildirilən görüntüləri yayımlayıb. Videoya əlavə olunan infoqrafikada pilotsuz aparatın Ukrayna Silahlı Qüvvələrinin operatorları tərəfindən idarə edildiyi iddia olunur.

İHA agentliyinin məlumatına görə, yaralı dənizçilər Trabzondakı xəstəxanaya yerləşdiriliblər. Həlak olan şəxsin isə gəminin maşın şöbəsində çalışan 54 yaşlı əməkdaş olduğu bildirilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO