BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO

BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO

Hazırda oxunan: BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO
627043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunun Siyov kəndi dayanıqlı və inklüziv kənd inkişafının təşviqi, yerli irsin, ənənələrin və biomüxtəlifliyin qorunmasına sadiqliyinə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində təltif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a FAO Azərbaycanın Mətbuat Xidmətindən məlumat verilib.

Lənkəran-Astara bölgəsinə səfəri çərçivəsində FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat kənd nümayəndələri ilə görüşərək təqdir sertifikatını təqdim edib. O qeyd edib ki, bu təltif dayanıqlı kənd inkişafı, yerli irsin və biomüxtəlifliyin qorunması istiqamətində kənd icmasının göstərdiyi səylərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.
 

FAO nümayəndəsi, həmçinin Hirkan Milli Parkına baş çəkərək parkın rəhbərliyi və əməkdaşları ilə görüşüb, Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi, FAO Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi "Biomüxtəlifliyin mühafizəsi və dayanıqlı istifadəsi" layihəsi üzrə görülən işlərlə tanış olub.


Səfər çərçivəsində layihənin həyata keçirildiyi bir sıra məkanlara, o cümlədən yeni inzibati binanın tikintisi üçün ayrılmış əraziyə və hasarlanması nəzərdə tutulan sahəyə baxış keçirilib, Daştatük kəndində icma üçün çəkilən suvarma su xətti üzrə davam edən tikinti işləri yerində qiymətləndirilib və yerli sakinlərlə görüş keçirilib.

BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO - foto 1
BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO - foto 2
BMT Astaranın kəndini MÜKAFATLANDIRDI - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO