50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

Hazırda oxunan: 50 yaşdan sonra beyin kiçilməyə başlayırmış: Səbəblər və qarşısını almağın yolları

627036

50 yaşdan sonra beynin həcmi neyronların və onlar arasındakı əlaqələrin azalması səbəbindən hər onillikdə 2-3% kiçilir.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a müsahibəsində tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNIPU) "Kimya və biotexnologiya" kafedrasının baş elmi işçisi Valeri Litvinov bildirib.

"50 yaşdan sonra beynin həcmi hər onillikdə təxminən 2-3% azalır. Bu, neyronların kütləvi tələfatından daha çox, onların ölçülərinin kiçilməsi, çıxıntılarının qısalması və aralarındakı əlaqələrin azalması ilə bağlıdır. Yaşlaşdıqca beynin köməkçi hüceyrələri də zərər görür", – deyə ekspert qeyd edib.

Mütəxəssis bildirib ki, yaşla bağlı bu dəyişiklikləri ləngitmək mümkündür. Çünki bu orqan yüksək neyroplastikliyə — yenidən qurulma və itkiləri kompensasiya etmə qabiliyyətinə malikdir.

"Müasir araşdırmalar göstərir ki, beyin qabığının bəzi təbəqələri fəal istifadə olunduqda hətta daha qoca vaxtlarda da sabit qalır. Beyni qoruyub saxlamağın ən yaxşı yolları müntəzəm bədən tərbiyəsi (xüsusən də koordinasiya və diqqət tələb edən hərəkətlər), "Omeqa-3" yağ turşuları ilə zəngin balanslı qidalanma və daimi zehni-sosial aktivlikdir", – deyə Litvinov fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO