Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

Hazırda oxunan: Ukrayna münaqişəsini Filippində keçirilən bir görüşlə həll etmək mümkün deyil – VİDEO

627017

ABŞ dövlət katibi Marco Rubio Ukraynadakı müharibənin Filippində keçirilən bir görüş və ya mətbuat konfransı ilə başa çatmayacağını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə açıqlamasında danışıb.

Rubionun sözlərinə görə, Vaşinqton sülh sazişinin əldə olunmasını və müharibənin başa çatmasını istəyir.
 

"Biz müharibənin bitməsi üçün bacardığımız hər cür müsbət rolu oynamağa hazırıq. Lakin buna nail olmaq üçün həm Rusiya, həm də Ukraynanın razılaşa biləcəyi həll yolu tapılmalıdır. Bu, nə mətbuat konfransında, nə də Filippində keçirilən bir görüş zamanı baş verməyəcək", – deyə o bildirib.


ABŞ dövlət katibi qeyd edib ki, münaqişənin nizamlanması uzunmüddətli və ciddi diplomatik səylər tələb edir.

Rubio əlavə edib ki, ABŞ əvvəllər də bu istiqamətdə səylər göstərsə də, nəticə əldə olunmayıb. Onun sözlərinə görə, əgər indi şərait dəyişibsə və irəliləyiş üçün imkan yaranıbsa, Vaşinqton bu prosesdə iştirak etməyə hazırdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO