
- A-
- A
- A+
Dünya
14:01 / 23.07.2026
1 dəq oxunma
Belqorodda nikah sarayına PUA hücumu - Bəy və gəlin yaralandı - FOTO
Hazırda oxunan: Belqorodda nikah sarayına PUA hücumu - Bəy və gəlin yaralandı - FOTO
627038
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiyanın Belqorod şəhərində nikah sarayının yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində yeni evlənən cütlük xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli hakimiyyət orqanları yayıb.
İlkin məlumata görə, hadisə nikah mərasimi keçirilən vaxt baş verib.
Bildirilir ki, bəy ayağından qəlpə yarası alıb. Gəlinin isə toy paltarı alışıb. Onun vəziyyətinin ağırlığı barədə hələlik məlumat verilməyib.
Hadisə nəticəsində daha bir kişi də ayağından qəlpə yarası alıb. Ona hadisə yerində tibbi yardım göstərilib, lakin hospitalizasiya olunmaqdan imtina edib.
Hücum zamanı iki avtomobilə də ziyan dəyib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































