Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslər avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət edib, özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə ataraq qəza şəraitinin yaranmasına səbəb olublar.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə əsasən kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir:
“Bu maddədə qeyd olunanlara riayət etmək şərtilə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək qadağandır.
Yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır. Əks halda yol-nəqliyyat hadisəsinin baş verməsi və onun ağır nəticələri qaçılmaz olacaq”, - deyə NİİM-dən bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 23.07.2026
Əks istiqamətdə hərəkət edən skuterlər qəza şəraiti yaratdılar – ANBAAN VİDEO
Hazırda oxunan: Əks istiqamətdə hərəkət edən skuterlər qəza şəraiti yaratdılar – ANBAAN VİDEO
Hazırda oxunan: Əks istiqamətdə hərəkət edən skuterlər qəza şəraiti yaratdılar – ANBAAN VİDEO
626973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































