Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

Hazırda oxunan: Rusiyada PUA hücumlarının nəticələri: Ölən və yaralananlar var - VİDEO

626999

Rusiyanın müxtəlif regionlarına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar nəticəsində ölən və yaralananlar var, yaşayış evləri və infrastruktur obyektlərinə ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya rəsmiləri məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə vasitələri ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus olduğu bildirilən 223 təyyarə tipli PUA-nı məhv edib.

Voronej vilayətində PUA qalıqlarının fərdi evə düşməsi nəticəsində yanğın baş verib. Hadisə zamanı 3 yaşlı uşaq həlak olub, valideynləri müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin bələdiyyədə daha bir 19 yaşlı gənc yüngül xəsarət alıb.
 

Hücumlar nəticəsində anbarlardan birinin damı və fasadı zədələnib, müxtəlif rayonlarda yerləşən 11 fərdi evdə pəncərələr sınıb, dam və yardımçı tikililərə ziyan dəyib. Beş çoxmənzilli yaşayış binasında isə 15 mənzilə zərər dəyib, təxminən 10 avtomobil qəlpələrdən zədələnib.


Krımda bir nəfərin öldüyü, daha dörd nəfərin, o cümlədən iki uşağın yaralandığı bildirilir. PUA hücumları səbəbindən yarımadanın bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Bölgədə fövqəladə vəziyyət rejimi elan edilib.

Ulyanovsk vilayətinin Novospassk rayonunda yanacaq-energetika kompleksinə məxsus obyektin hücuma məruz qaldığı açıqlanıb.

Tula şəhərində vurulan PUA-nın qalıqları çoxmənzilli binanın eyvanında aşkarlanıb və mütəxəssislər tərəfindən zərərsizləşdirilərək götürülüb.

Yaroslavl vilayətində isə PUA hücumu ilə əlaqədar şəhərdən Moskva istiqamətinə gedən avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO